Ölkə futbolu

Flavinyo: “Qürurvericidi”

“Neftçi” PFK-nın futbolçusu Flavinyonun komandanın heyətində keçirdiyi oyunların sayı 100-ə çatıb. A

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Neftçi”də 100 matç keçirən ilk legioner kimi tarixə düşüb.

Daha iki oyunda meydana çıxacağı təqdirdə, Flavinyo Azərbaycan çempionatları tarixində bir komandanın heyətində ən çox oyun keçirmiş legioner kimi rekorda imza atacaq. Futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:

“Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdur. Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm. “Neftçi”də 4-cü mövsümdür ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidir. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43