Premyer Liqa

Flavinyonun bu jestini hər kəs alqışladı

Premyer Liqanın VI turunun açılış oyunu çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı bir məqamla daha çox diqqətimizi çəkdi.

İdmanxeber.com-un məlumatına görə, ilk hissənin son dəqiqələrində “Neftçi” futbolçuları penalti vurmaq hüququ qazandılar. Topa ilk yaxınlaşan “ağ-qaralar”ın aparıcı üzvü Flavinyo oldu. Ona yaxınlaşan futbolçulara topu verməyən və penaltini özü yerinə yetirmək istəyən Flavinyo Bertuççi və digər komanda yoldaşlarının istəyi ilə “flaqman”da qol hesabını açmayan yeni transfer Platyeyə şans yaratdı. 

Platye özü də penalti vurmaq üçün Flavinyoya yaxınlaşsa da müsbət cavab alımayınca kənara çəkilmişdi. Lakin görünür braziliyalı sonradan fikrindən daşınaraq, hollandiyalı hücumçunun “siftə” etməsinə şəarit yaratdı.

Flavinyonun bu hərəkəti isə alqışla qarşılandı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43