Dünya futbolu

Florentino Peres: “Morata ilə bağlı heç bir klubla danışığımız olmayıb”

Florentino Peres “Real”ın Morata ilə bağlı heç bir klubla danışıq aparmadığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında bunları deyib:

“Biz “Mançester Yunayted”lə Morata transferi ilə bağlı danışıqlar aparmamışıq. Moratanın ətrafındakı insanlar bu barədə yalan xəbərlər yayırlar.

Yazılanlara inansaq, biz forvardı satmağa da razılaşmışıq”, – deyə Peres esRadio-ya müsahibəsində qeyd edib.

Xatırladaq ki, yazılanlara görə “MY” Morata üçün 70 milyon təklif edir, “Real” isə 80-dən artıq tələb edir, futbolçunun özü isə getmək fikrindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43