Dünya futbolu

Florentino Peresin Superliqa ideyası gerçəkləşir? – 50-60 klubla danışıldı

“Real”ın prezidenti Florentino Peres Avropa Superliqasının yaradılması üzərində çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, funksioner artıq bu məsələni 50-60 klubla müzakirə edib. Qeyd olunur ki, yeni turnirdə iki və ya üç divizion formalaşacaq. Oyunların Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası günlərində keçirilməsi planlaşdırılır.

Avropa Məhkəməsi UEFA və Superliqa arasında barışıq qərarını elan etdikdən sonra klubların yeni layihəyə qoşulub-qoşulmayacaqlarına dekabrın 21-də qərar verəcəkləri bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43