19 Sentyabr 2024
Dünya futbolu

Fofana “Börnli”də

“Çelsi” 2 gün öncə geri qaytardığı David Datro Fofananı yenə icarəyə verib.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı forvard mövsümün sonuna qədər “Börnli”də çıxış edəcək. İngiltərə klubu transferi rəsmi olaraq açıqlayıb.

Fofana mövsümün ilk yarısını keçirdiyi “Yunion”da (Berlin) 17 oyuna çıxıb və 2 qol vurub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43