Müsahibə

Fomin “Qarabağ” qələbəsini şərh etdi: “Fərqlənsəydik, sonluq bu qədər aqressiv olmazdı” – MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Ruslan Fomin “Qarabağ”la matçdan sonra idmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı fikirlərini bilmək istəyərdik.

– Yaxşı nəticədi. Liderlə oyunda qələbə qazandıq. Bu da çox sevindiricidi. Bundan sonra ancaq ki, yüksəyə gedəcəyik. İrəlidəki oyunlarda da özümüzəinam gələcək. Əvvəlki məğlubiyyətlər də unudulacaq.

– Bu oyunda üç xal gözləyirdin?

– Bəs necə? Onları yaxşı analiz etmişdik. Güclü və zəif tərəflərini bilirdik. “Qarabağ”dan səfərdə xal almaq istəyirdik. Qələbə isə əla alındı.

– İkinci yarıda qol epizodlarınız da var idi. Ancaq vura bilmədiz…

– “Qarabağ” ikinci yarıda məğlub durumda olduğundan açıq futbola getdi. Oyunçuları irəliyə getmişdi. Əks-hücumlardan birindən fərqlənsəydik, sonluq bu qədər aqressiv olmazdı. Ancaq fərqlənə bilmədik.

– “Qəbələ”nin öz oyununu tapdığını deyə bilərik?

– Biz buna yaxınlaşırıq. Bizim çox yaxşı dərslərimiz var. Psixoloji cəhətdən qələbə yerinə düşdü.

– Qarşıdan kubok oyunları gəlir. Məqsəd nədi?

– Final oynamaq.

– Ancaq final oynamaq? Bəs çempionluq?

– Finala çatmaq istəyirik. Əlbəttə ki, finalda çempionluğu əldə etmək niyyətindəyik.

– Finalda hansı komanda ilə oynamaq istəyərdiz?

– (gülür) Bu qədər irəli getməyək. Bircə onu deyə bilərəm ki, biz hər oyuna qələbə üçün çıxacağıq.

– Özünü “Qəbələ”də necə hiss edirsən?

– “Qəbələ”də oynamaq istəyirəm, özümü göstərməyə, azarkeşlərimizə qollarım vurub komandaya xeyir vermək niyyətindəyəm. Sadəcə indi elə bir epizoddu ki, yeni gəlmişəm və vaxta ehtiyac var. Havaya uyğunlaşmaq lazımdı, ailəmdən uzaqdayam. Bunlar bəlkə də bir az problem yaratdı. Üstəlik uğursuz nəticələr oldu. Hamısı psixoloji təsir etdi komandaya. Amma “Qarabağ” üzərindəki qələbə bizə çox şey qazandıracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43