Milli komanda

Foqts geriyə addım atdı: “Azərbaycan yığmasından bir-iki sensasiya ümid edirəm”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AVRO-2016-nın seşmə mrəhələsinin püşkatma mərasimindən sonra İtaliya mətbuatına danışıb.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı mütəxəssis püşkatmadan öncə dəfələrlə verdiyi açıqlamada millimizin qrupdan çıxmaq üçün mübarizə aparacağını desə də, püşkatmadan sonra yığmamıza düşən rəqiblər Foqtsun gözünü yaman qorxudub. 

O, yalnız sensasiya gözlədiyini gizlətməyib:

“İtaliya və Xorvatiya qrupumuzun favoritidir. Ancaq biz böyük komandalara qarşı tədricən oynamağı öyrənirik. Ötən seçmə mərhələdə biz yalnız, bu il Braziliyada keçiriləcək DÇ-də iştirak edəcək Portuqaliya və Rusiya yığmalarına məğlub olduq. Əsası odur ki, biz rəqiblərə fiziki olaraq müqavimət göstərə bildik. Şəxsən mən Azərbaycan yığmasından bir-iki sensasiya ümid edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43