Milli komanda

Foqts: “Mənə bir futbolçunun necə oynadığı maraqlı deyil”

Mən dedim ki, bizə daha çox işləmək lazımdır. Maltanı İsraillə müqayisə edən deyiləm. Mənə bir futbolçunun necə oynadığı maraqlı deyil. Əsas komandanın yaxşı çıxış etməsidir. Neçə illərdir Azərbaycandayam. Bu müddətdə kimisə tənqid etsəm də, mətbuat bunu təhrif etdi. Buna görə artıq birbaşa futbolçularla danışıram”.

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Malta ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis daha sonra bunları dedi:

Səhvlər var. Onları aradan qaldırmalıyıq. Bunun üçün də daha çox məşq etməliyik. Bu komanda Türkiyəni məğlub edib. Maltanın baş məşqçisi 5 əsas futbolçularının olmadığını deyib? Bizim də bütün futbolçularımız yox idi. Düzünü desəm, bəzi futbolçulardan narazıyam. Xüsusilə, müdafiədən hücuma keçəndə ləngimələr olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43