Ölkə futbolu

Foqts millidə qalır? – Özünün açıqlaması

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” matçını izləyib. Almaniyalı mütəxəssis oyundan sonra açıqlamasında oyunun ikinci hissəsindən razı qaldığını bildirib.

O, hər iki komandadakı millimizin oyunçularından “Bakı”nın hücumçusu Rauf Əliyevi fərqləndirib: “Əliyev ilk qolun ötürməsini verdi və ikinci qolu vurdu”.

Foqtsun AFFA ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatır. AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında onunla müqavilənin daha 2 il müddətinə uzadılacağı gözlənilir. Lakin 67 yaşlı mütəxəssis bu məsələnin hələ rəsmiləşmədiyini açıqlayıb: “Yox, hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm. Bura gəlməyimdə məqsəd dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi üçün Azərbaycan yığmasının ən yaxşı futbolçusunu seçməkdən ibarət idi”.

Lakin baş məşqçi konkret hansı futbolçuya səs verəcəyini açıqlamayıb.

lent.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43