Milli komanda

Foqts və 3 futbolçumuz sorğu-sual olunacaq

Sentyabrın 8-də, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun və bir neçə futbolçumuzun mətbuat konfransı keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, tədbir saat 12:30-da, “Sheraton Baku Airport Hotel”in “Çinar-3” zalında baş tutacaq.

Saat 11:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43