Milli komanda

Foqts: “Yarımmüdafiə xəttində də səhvlər var idi”

“70 dəqiqə pis oynamadıq. Qalan vaxt ərzində bəzi futbolçular yoruldu. Bir neçə futbolçunu yeni mövqelərdə sınaya bildim və sevinirəm ki, bu cür imkan əldə etdim. Bu oyunda təkcə müdafiəçilərimizin səhv etməsi fikri ilə razı deyiləm. Yarımmüdafiə xəttində də səhvlər var idi”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan milli komndasının baş məşqçisi Berti Foqts deyib.

Millimizin alman çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

“Bu oyunun təşkilinə görə rəqibimizə təşəkkür edirəm. ABŞ yığmasının heyətində yüksək səviyyəli futbolçular var. Bizim gənc oyunçular üçün onlara qarşı mübarizə aparmaq yaxşı təcrübədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43