Milli komanda

Foqtslu milli 2014-cü ilə qələbə ilə başladı – YENİLƏNİB

Bu gün milli komandamız 2014-cü ildə ilk sınağına çıxır.

İdmanxeber.com-un məlumatına görə, ilin ilk matçındakı rəqibimiz futbol tarixinə yalnız böyükhesablı yenilgilərlə düşən Filippin yığmasıdı. 

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Berti Foqtsun rəhbərlik etdiyi milli hazırlıq prosesini bu matçla yekunlaşdıracaq. 

Sonda onu da qeyd edək ki, Filippinlə heç vaxt qarşılaşmamışıq. 

Yoxlama oyunu

5 mart

19:00. Azərbaycan – Filippin 1:0
Qol: Elvin Yunuszadə, 26

Hakim: Fəhad Abdulla Əhməd Əl-Kassar Banihəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

BƏƏ, Dubay. “İran” stadionu

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Qara Qarayev, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 15. Ruslan Abuşov (k), 22. Ruslan Əmircanov, 26. Toğrul Erat, 29. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Rəşad Sadiqov, 9. Cihan Özkara, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 24. Abdulla Abatsiyev, 25. İlkin Qırtımov, 27. Araz Abdullayev.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43