Kateqoriyasız

Formula 1-in daha 3 qran-prisi təxirə salındı

Formula1-in daha 3 qran-prisi keçirilməyəcək.

Buna koronavirus pandemiyasının geniş yayılması səbəb olub. Bu səbəbdən Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) mükafat yarışları qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Mövsüm ən yaxşı halda Azərbaycanda start götürə bilər. Bakıdakı dünya çempionatının 7-ci mərhələsi təqvimdə iyunun 5-7-də yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43