15 Avqust 2022
Kateqoriyasız

Formula 1 üzrə Azərbaycan qran-prisi canlı yayımlanacaq

Formula 1 üzrə Azərbaycan qran-prisi ölkə ərazisində canlı yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, Bakıdakı yarış “İdman” TV-də ekranlara gətiriləcək.

Belə ki, sözügedən kanal Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnu gec də olsa, əldə edə bilib. Baxmayaraq ki, cari mövsümün geridə qalan 7 qran-prisi ölkəmizdə yayımlanmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 1 (bir) milyon manat ayırmışdı. Formula 1-in 2022-ci il mövsümünün yayım hüququnun da məhz bunun sayəsində alındığı ehtimal olunur.

Cari mövsümün Azərbaycan qran-prisi 10-12 iyunda gerçəkləşəcək. Mövsümün qalan qran-priləri də “İdman” TV vasitəsilə göstəriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

İsrafilov oynadı, komandası yenə qələbəyə həsrət qaldı

admin

“Azərbaycan gözəl ölkədir” – David Luis

admin

Premyer Liqamızda 3-cü turun – rəmzi komandası

admin