İdman

“Formula 1”də ilk qəza – Rassellin bolidi “lyuk”a düşdü

Bakıda keçirilən “Formula 1”sərbəst yürüşündə maraqlı hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə,  yolda olan  “lyuk” açılıb. Bu zaman Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin bolidinin təkərinin biri ora düşüb.

Daha sonra avtomobil evakuator vasitəsilə ərazidən aparılıb.

Buna görə Qran-Prinin birinci sərbəst yürüşü ləğv olunub. Hadisə yerinə mütəxəsislər cəlb olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43