27 Oktyabr 2020
İdman

“Formula 1″in Bakı Qran-prisi rəsmən ləğv edildi

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğvi rəsmən açıqlanıb.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı bəyanatda bildirilir:

“Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur. Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq”.

Qeyd edək ki, 5-7 iyunda Bakıda keçirilməli olan yarış başqa vaxta təxirə salınmışdı.

Əlavə edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Güləşçimiz dünya çempionatında qızıl medal qazandı

admin

“Qarabağ”ın rəqibindən qələbə

admin

“Qəbələ” Antalyada məşqlərə başladı

admin