30 Sentyabr 2020
Kateqoriyasız

“Forza Neftçi” tribunadan çəkildi: “O kresloda heç kəs daimi deyil”

“Neftçi”nin azarkeş qrupu olan “Forza Neftçi” komandaların oyununa gəlməyəcəyini bəyan edib.

Azarkeş qrupu bu barədə “facebook” səhifələrində məlumat yayıb:

“Diqqət! “Forza Neftçi” olaraq bir müddət tribunadan çəkilmək qərarı aldıq. Buna səbəblər çoxdur, əsas səbəblər isə klubda öz işlərini layiqincə görə bilməyənlər, “Neftçi”nin üzərində rəhbər şəxslərin apardığı “oyunlar”, istefa şüarını qəbul etməyib, insanları tribunadan uzaqlaşdırmaq, qapıları bağlayıb, fasilədə azarkeşləri tribunaya buraxmamaqdır. Bir şeyi yadda saxlayın ki, o kresloda heç kəs daimi deyil. Neftçi o loqoya görə həyatını qurban verənlərindir! Geri dönüşümüz möhtəşəm olacaq, hamımız üçün!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Araz Abdullayev avtomobili ilə şou göstərdi, Rəşad Sadıqov əsəbiləşdi – Video+Foto

admin

“Neftçi” – “Qalatasaray” matçının stadionu dəyişdi

admin

U-21 millimizin heyəti açıqlandı

admin