19 Avqust 2018
Kateqoriyasız

“Fotomaç” Ramin Musayevin bu jestini alqışladı: “AZERBAYCAN’DAN DESTEK GELDİ”

Somada baş verən mədən partlayışı zamanı 274 nəfər həlak olub.

İdmanxeber.com-un məlumatına görə, həmin gün də daxil qardaş ölkədə 3 günlük matəm elan olunub. 

Hətta Superliqa matçları da təxirə salınıb. Bizim Premyer Liqada isə matçlardan öncıə 1 dəqiqəlik sükut olacaq.

PFL başqanı Ramin Musayevin belə bir açıqlamasının ardından Türkiyənin “Fotomaç” qəzeti “Yüreğimiz yanıyor” başlığı ilə yayımladığı xəbərdə: “AZERBAYCAN’DAN DESTEK GELDİ. Azerbaycan’da lig maçları 17 Mayıs’taki karşılaşmalarla sona erecek. Azerbaycan Futbol Federasyonu’nun aldığı kararla maçlar öncesi, Soma’daki faciada hayatını yitiren işçilerimiz için 1 dakikalık saygı duruşu yapılacak. Oyuncular da sahaya siyah bantla çıkacak” – qeyd olunub.