Ölkə futbolu

Frank Bernhardt “Sumqayıt” akademiyasının məşqində

AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş müvafiq qərara uyğun olaraq, Topaz Premyer Liqasında çıxış edən bir neçə klubda artıq uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub. Fevralın 1-dən etibarən “Sumqayıt” Futbol Klubunda işə başlayan almaniyalı mütəxəssis Frank Bernhardt dünən akademiyanın məşqində iştirak edib. 17 yaşadək futbolçulardan ibarət komandanın hazırlıq prosesinə qatılan adıçəkilən mütəxəssis gənclərə müəyyən tövsiyələrini verib. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43