Dünya futbolu

Frank Riberi Ramil Şeydayevin komandası ilə razılığa gəldi!

Gələn sezonda çempionluq üçün heyətinə ciddi dəyişikliklər etməyə hazırlaşan Türkiyənin trabzonspor" klubu Almaniya nəhəngi "Bavariya"nın futbolçusu Frank Riberini transfer etməyə hazırlaşır.

İdmanxeber.com-un "Milliyyət" qəzetinə istinadən yaydığı xəbərə görə, ötən ay Almaniyaya yollanan "Trabzonspor"un prezidenti Muharrem Usta futbolçu və onun meneceri Alain Miqnaçio ilə görüşərək ilkin razılıq əldə edib. Futbolçu ilə razılığa gələn klub prezidenti "Bavariya"ya rəsmi təklif də göndərib.

"Bavariya" futbolçunu 8 milyon avro qarşılığında satmaq niyyətindədir. Lakin Türkiyə təmsilçisi bu qiymətlə razılaşmır. Klub futbolçu üçün "Bavariya"ya 3.5 milyon avro ödəyəcəyini bildirib. Türkiyə klubuna güzəştə gedən "Bavariya" bu qiyməti 5 milyon avroya endirib. Hazırda bu barədə danışıqlar davam edir.

Transferin reallaşacağı halda, "Trabzonspor" fransız futbolçuya illik 3 milyon avro ödəyəcək. Bu məbləğə futbolçunun alacağı bonuslar daxil deyil.

Futbolçunun Almaniya klubu ilə imzaladığı müqavilənin müddəti noyabrın 27-də bitəcək.

Cari mövsüm "Bavariya"nın heyətində 31 oyun keçirən 33 yaşlı futbolçu 4 qol vurub.

Xatırladaq ki, milli komandamızın üzvü Ramil Şeydayev də müqavilə ilə "Trabzonspor"a məxsusdur. O, gələn il iyun ayının 30-a qədər icarə əsasında Slovakiya təmsilçisi "Jilina"nın şərəfini qoruyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43