16 Sentyabr 2024
Dünya futbolu

Fransa klubu Benzemanı transfer edir

Fransalı Hücumçu Kərim Benzema “Lion”a qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi transferin gerçəkləşməsi üçün hərəkətə keçib. Daha əvvəl 36 yaşlı Benzema karyerasını başladığı klubda bitirmək istədiyini bildirmişdi. Forvard peşəkar futbolda ilk addımlarını “Lion”da atıb.

Xatırladaq ki, müqavilə ilə “Əl-İttihad”a məxsus olan hücumçu Səudiyyə Ərəbistanını tərk edib. Qeyri-rəsmi məlumatlara görə, futbolçu ayağından aldığı zədə səbəbindən evə buraxılıb.

Onun klubu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Forvardın qiyməti 15 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43