Dünya futbolu

Fransa klubu Pepe və Fabinyo ilə razılığa gəldi

Müdafiə xəttini gücləndirmək niyyətində olan Fransanın PSJ klubu iki futbolçu ilə razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "Canal+" məlumat yayıb.

Məlumata görə, klub "Real"ın futbolçusu Pepe və "Monako"nun müdafiəçisi Fabinyo ilə razılığa gəlib. Pepe komandaya pulsuz başa gələcək. Buna səbəb futbolçunun bu gün "Real" ilə olan müqaviləsinin başa çatmasıdır. Ona yeni müqavilə təklif edilməyib. Fabinyo nun isə "Monako" ilə 2021-ci ilədək müqaviləsi var. Müdafiəçinin qiyməti 25 milyon avro civarındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43