Ölkə futbolu

Fransa millisinin sabiq üzvü “Şamaxı”da – RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, bölgə klubu növbəti legioner transferini həyata keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.

28 yaşlı futbolçu “Nior”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43