İdman

Fransa “Renn”inin futbolçusu Azərbaycana gələ bilər

Daha bir əcnəbi futbolçu ölkəmizdə çıxış etməyə yaxındı.

İdmanxeber.com-un məlumatına görə, bu Mali yığmasının yarımmüdafiəçisi Yakuba Silladı. Fransa mətbuatında çıxan xəbərlərə əsasən, “Renn”in 28 yaşlı üzvü son olaraq icarə əsasında Yunanıstanın “Panatinaikos” kollektivində forma geyinib. 

Ancaq “Renn” onu birdəfəlik satmaq və bundan 500 min avro qazanc götürmək niyyətindədi. Klub rəhbərliyi hətta futbolçuya bir neçə variant da təklif edib. Belə ki, onlar Sillanın Belçika təmsilçiləri “Eupen”, “Mexelen”, “Brügge”, həmçinin Azərbaycan da daxil olmaqla, bir neçə ekzotik ölkədə çıxış edə biləcəyini bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43