19 Oktyabr 2019
Kateqoriyasız

Fransa səfirliyi ÇL-ə gedən idmançılarımıza niyə viza vermədi?

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

O, “Qafqazinfo”ya açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: “Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: “Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: “Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

Qeyd edək ki, “Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb.

Oxşar xəbərlər

“Sabah” baş məşqçisini istefaya göndərdi!

admin

“Neftçi” rəhbərliyi “istefa” qışqıran azarkeşləri stadiondan çıxartdırdı

admin

Millinin oyununda omanlı hakimlər

admin