Milli komanda

Fransada acı nəticə: Millimiz xal üzünə həsrət qaldı (YENİLƏNİB)

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisi bu gün son oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, yığmamızın rəqibi Danimarka olub.

Son matçında azı 1 xal qazanmaq istəyən millimizin bu istəyi gerçəkləşməyib. Danimarka millisi yığmamızı cavabsız qollarla məğlub edərək vətənə xalsız yola salıb.

Qeyd edək ki, elit raundun ilk görüşündə Fransaya 0:1 hesabı ilə uduzan millimiz ikinci matçında İngiltərəyə də məğlub olmuşdu – 0:1.

31 mart

22:00. Azərbaycan – Danimarka – 0:3
Qollar: 
Bager, 42, Qartenmann, 60 , Duelund, 83
Hakimlər: Adrien Yakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benoit Millot (hər ikisi Fransa) 
 

1.

Fransa

2

2

0

0

4:0

6

2.

İngiltərə

2

2

0

0

4:2

6

3.

Danimarka

2

1

0

2

5:5

3

4.

Azərbaycan

2

0

0

3

0:6

0

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43