Dünya futbolu

Fransalı amerikalını məsləhət gördü

“Milan”ın hücumçusu Olivye Jiru klub rəhbərliyinə transferlə bağlı məsləhət verib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu “Çelsi”nin vingeri Kristian Pulişiçin alınmasını istəyib. O, 24 yaşlı futbolçunun “Milan”a uyğun olduğunu bildirib:

“Pulisiç Avropada yaxşı reputasiyaya malikdir. İstedadlı, çalışqan oyunçudur. Onunla çıxışlarımı xatırlayıram, o, nəinki işləyirdi, həm də bizi əyləndirməyə, gülməyə vaxt tapırdı. Meydanda bir-birimizi yaxşı başa düşürdük”.

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43