Dünya futbolu

Fransalı “Barselona”dan ayrılmaq istəyir

“Barselona”nın futbolçusu Jul Kunde komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu özü bu barədə qərar qəbul edib. O, yayda özünə gələcək təklifləri dəyərləndirəcək.

Fransalı “Barselona”da müdafiəçi mövqeyində çıxşş etməsindən narazıdır. Bu səbəbdən də klubdan ayrılmağa qərar verib.

Ötən gün baş məşqçi Xavin oyunçuyla söhbət edib və onu komandada saxlağa çalışıb.

Kunde bu mövsüm La Liqada 27 oyuna çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43