Dünyadan

Fransalı əfsanə futbolla vidalaşdı

Fransa millisinin və “Arsenal”ın sabiq futbolçusu  Tierri Anri futbol karyerasını rəsmən başa vurub.

İdmanxeber.com-un məlumatına görə,  Anri bundan sonra  “Sky Sports” kanalında futbol eksperti kimi fəaliyyət göstərəcək. “Monaco”, “Juventus”, “Arsenal”, “Barcelona”, “New York Red Bulls” klublarının və Fransa millisinin formasını geyən veteran futbolçu bu barədə rəsmi “facebook” səhifəsində məlumat yerləşdirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43