Dünya futbolu

Fransalı hücumçu “Atletiko” tarixinin birincisi ola bilər

“Atletiko” La Liqanın 18-ci turu çərçivəsində səfərdə “Xetafe” ilə bərabərə qalıb (3:3).

İdmanxeber.az-ın məlumatına görə, Madrid komandasının heyətində Antuan Qrizmann dubla imza atıb. Fransalı futbolçu Luis Araqaneslə qollarda bərabərləşərək, klubun bütün zamanların bombardiri olub.

Qrizmannın aktivində 173 qol var. Növbəti top onu siyahıda birinci sıraya yüksəldəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43