Dünya futbolu

Fransalı müdafiəçi “Real”a qayıda bilər

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan “Real”a keçə bilər

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu David Alaba zədələndiyi üçün keçmiş müdafiəçisinin xidmətində maraqlıdır. 

Varan 2011-2021-ci illərdə “Real”da çıxış edib. “Kral klubu”nun tərkibində Fransa millisinin müdafiəçisi 3 dəfə İspaniya çempionu olub və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

2021-ci ilin yayından fransız futbolçu “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Transfermarkt portalı oyunçunu 25 milyon avro qiymətləndirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43