08 Sentyabr 2024
Dünya futbolu

Fransalı qapıçı Amerika klubuna keçə bilər

“Tottenhem”in qapıçısı Huqo Lloris “Los-Anceles”ə keçməyə yaxındır.

İdnmanxeber.az-ın məlumatına görə, 37 yaşlı fransalı yanvarda MLS komandasına keçə bilər. Lloris 2012-ci ildən “Tottenhem”də çıxış edir.

Bu mövsüm qapıçı londonluların start heyətində yerini itirib. O, sonuncu dəfə bu ilin aprelində meydançaya çıxıb.

Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43