Kateqoriyasız

“Frayburq” Bakıya azarkeş “ordu”su gətirir

Almaniyalı azarkeşlər Bakıda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Frayburq” görüşündə komandalarını tək qoymayacaqlar.

Ağdam təmsilçisinin mətbuat xidmətindən İdmanxeber.az saytına verilən məlumata görə, 500-ə yaxın azarkeş Almaniya klubunu dəstəkləmək üçün paytaxtımıza gələcək.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 3-ü saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43