Ölkə futbolu

Dario Frederiko: “Futbolçu olmaqdan başqa çarəm yox idi”

“Neftçi”nin futbolçusu Dario Frederiko ölkə mətbuatına müsahibə verib. Futbolçu ötən tur “Sabah”a qarşı qazandıqları çətin qələbədən danışıb:

“Çox çətin qələbə idi. Azlıqda qalmağımıza rəğmən oyunda qalib gələ bildik. Bu cür oyunlarda iki qat güc qoymalıyıq. Çemponluq yolunda belə matçlar olacaq. Çalışıb itkisiz  davam etməliyik”

Brazilyalı futbolçu futbola gəlməyindən də danışıb:

“Ya futbolçu olmalıyıdm, ya da başqa iş tapmalıyıdm. Əvvəllər marketdə və tikindi işlərində çalışdım. Sonra gördüm ki, futbolçu olmaqdan başqa çarəm yoxdur. Daha  sonra “Korintians” klubuna qəbul olundum. Bununla da bütün ailəmin xəyallarını gerçəkləşdirdim”.

Qeyd edək ki, Federikonun Azərbaycanda ilk klubu “Kəpəz” olub. Braziliyalı yarımmüdafiəçi bu mövsümün əvvəlindən “Neftçi”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43