Dünyadan

Frenk Lempard: “Çelsi”nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim”

“Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempard sabiq komandası “Çelsi”ylə oyunda (1:1) vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

İdmanxeber.com-un məlumatına görə, Lempard oyundan sonra bu fikirləri səsləndirib:

“Biz peşəkarıq, ona görə də öz işimizi görməliyik. Qol vuracağımı gözləmirdim. Şadam ki, bu qol komandama bir xal qazandırdı. Eşitdiyimə görə, topu “Çelsi”nin qapısından keçirdikdən sonra London klubunun azarkeşləri mənim lehimə şüarlar səsləndiriblər. Bu, emosional vəziyyətdi. Mən “Çelsi”nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43