19 Noyabr 2018
Ölkə futbolu

Fritz Stuxlik: “Azərbaycanın keçmişdə yaxşı hakimləri olub”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlik AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib:

“Məni AFFA-ya UEFA məsləhət görüb. İndiki halda mənim üçün çox maraqlıdır. Araşdırmalardan sonra İcraiyyə Komitəsinə və AFFA prezidentinə məruzə edəcəm. Yeni struktur quracağıq. Elit hakimlər üçün planlarımız var. Gənc hakimlərin üst kateqoriyalara çıxması üçün çalışacağıq. Bilirəm ki, Azərbaycanın keçmişdə tanınmış referiləri olub”.

Yeni sədr hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmayacağını bildirib

“Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədir. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Premyer Liqanızda bir neçə matçı izləmişəm”.

Oxşar xəbərlər

Qalibin müəyyənləşmədiyi “Neftçi” – “Kəpəz” matçı – VİDEO

admin

“Qəbələ”dən növbəti rəsmi transfer -6-cı oldu

admin

I Divizion klubundan Premyer Liqaya transfer olundu

admin