17 Fevral 2019
Dünya futbolu

Fritz Ştuxlik beynəlxalq turnirə təyinat aldı

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq turnirə təyinat alıb.

İdmaxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru F.Ştuxlik olacaq.

Qeyd edək ki, 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.

Oxşar xəbərlər

Milllimizin üzvü baş məşqçisiz qaldı

admin

Çempionlar Liqasında 4-cü turun rəmzi yığması müəyyənləşdi – FOTO

admin

İspaniya – Almaniya – 0:1 – VİDEO

admin