İranda futbol komandalarının azarkeşləri arasında insident baş verib.
İdmanxeber xarici mətbuata istinadən xəbər verir ki, “Persepolis” – “Sepahan” görüşündən sonra azarkeşlər arasında kütləvi dava düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 245 nəfər yaralanıb.
Baş vermiş insindentlə bağlı İran Futbol Federasiyası bəyanat yayıb. Bəyanatda lazımı tədbirlərin görücələcəyi qeyd edilib.
Qeyd edək ki, sözügedən qarşılaşma qolsuz bərabərliklə sona çatıb.