Dünyadan

Futbol camiəmizdən Türkiyəyə dəstək – ŞƏKİLLƏR

Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələdə yüzlərlə insan həlak olub.

İdmanxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında Qaziantep, Hatay, Malatya, Adana və Diyarbakır kimi şəhərlərdə güclü zəlzələ baş verib. Təbii fəlakət zamanı mindən çox insan dünyasını dəyişib.

Baş vermiş dəhşətli hadisəyə görə, azərbaycanlı futbol adamları – Rəşad Sadıqov, Mahir Emreli, Qara Qarayev, Araz Abdullayev, Əmrah Çelikel və başqaları qardaş ölkəyə dəstək olub, sosial şəbəkə hesablarından onlarla bağlı paylaşımlar ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43