Dünya futbolu

Futbol meydanlarında daha bir ölüm yaşanıb

Yaşıl meydanda daha bir faciəvi hadisə yaşanıb.
Türkiyədə 28 yaşlı futbolçu dünyasını dəyişib. Zonquldaq şəhərinin daxili birinciliyində “Gülüc Belediyespor”un üzvü Miraç Bekdaş “Eleşlespor”la oyunun fasiləsində ürək tutmasından vəfat edib.
Bir azyaşlı övladı olan Bekdaş oyundan öncə yaxın ətrafında sinəsində ağrılar olduğunu deyibmiş.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43