Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına müsahibə verib.
İdmanxeber.com həmin müsahibəni təqdim edir:
– Premyer Liqanın IX turunda keçirilən “Neftçi” – “Qarabağ” (0:2) matçının son dəqiqələrində baş verən xoşagəlməz hadisənin görüntülərini yəqin ki, izləmisiniz.“Neftçi”nin futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına nə ad vermək olar?
– Təsəvvür edin ki, futbolda son dəqiqələrdi, hamı diqqətlə oyunu izləyir. Fikir verdinizsə, “Qəbələ”nin oyununda azarkeşin əynində futbolçunun üst geyiminin başqa rəngi, qırmızı idi. Bəlkə də, hüquq-mühafizə orqanlarının əməkdaşları elə bilib ki, o, “Qəbələ”nin işçilərindəndi. “Neftçi”nin dünənki qarşılaşmasında da istisna olmadı. Bu üzdən elə bir diqqət cəlb etmirdi. Ola bilsin ki, azarkeşi səhv salıblar. Sadəcə, ani epizoddu. Dünyanın hər yerində olur. Bunu hüquq-mühafizə orqanlarının ayağına yazmayaq.