Dünyadan

Futbolçu oyun zamanı dünyasını dəyişdi

Yaşıl meydanlarda daha bir futbolçu həyatla vidalaşıb.

İdmanxeber.com-un məlumatına görə, bədbəxt hadisə ilə nigeriyalı Henri Obiekvu üzləşib. Şərəfini qoruduğu “Samba”nın oyunu zamanı halı dəyişən futbolçu qəfil yıxılıb. Obiekvu xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Henri Nigeriya millisində oynayan Kinqsli Obiekvunun qardaşıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43