Ölkə futbolu

“Futbolçular 90 dəqiqə oynamağa hazır deyildi” – Elmar Baxşıyev

“Bilirdik ki, bizi ağır oyun gözləyir. Komanda sıx qrafikdə idi. Buna görə də çətinliklər öncədən görünürdü. Komandam yaxşı mübarizə aparıb layiqli qələbə qazandı”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Səbail” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Komanda özündə güc tapıb son nöqtəni qoya bildi. Futbolçuların durumuna görə dəyişikliklər edirik. Yeni oyunçular meydana girəndən sonra tempi ələ aldıq. Futbolçuların durumu 90 dəqiqə oynamağa hazır deyildi. Buna görə də dəyişikliklər etdim.

Oyun elə gedirdi ki, rəqib üstümüzə gəlirdi. Buna görə də daha bir hücumumeyilli oyunçu buraxmağa ehtiyac duymadım. Yaovi inandığımız futbolçudur. Onunla müqaviləni yeniləyəcəyik. Həmin mövqedə oynayan futbolçular pik formadadır. Buna görə də Yaovi şans qazana bilmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43