Ölkə futbolu

“Futbolçular bəzən panikaya düşür” – Samir Abasov

“Bizim üçüm çətin olacağı bəlli oldu. “Turan Tovuz”la oyundan sonra süni meydançanın nə qədər çətin olduğunu görmüşdük. Oyun hər iki tərəfə də gedib-gəldi. Bəzi anlarda komandanın çıxışı xoşuma gəldi. Futbolçular bəzən panikaya düşür. Bu məni həddindən artıq üzür. Dəfələrlə məşq elədiyimiz epizoddan yenə bənzər qol buraxdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Kəpəz” sonrası deyib. O, daha sonra belə davam edib:

“Hərəkətsizliyimizin səbəbi süni meydançadır. Burada “Qarabağ” da heç-heçə etdi. Tovuzdakı oyunlardan sonra futbolçuları hazırlamaqda çətinlik çəkirik. Bunu bəhanə etmək üçün demirəm. “Qarabağ” oyununda məğlubiyyətin səbəbləri bəlli idi. Oyunçuların etdiyi səhvlərdən məğlub olduq. Həmin oyunla “Kəpəz” görüşünü bir tutmaq düzgün deyil. Amma dediyim kimi, oyunçularımızın panikaya düşməsi məni narahat edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43