Ölkə futbolu

“Futbolçulara bir az çətin tapşırıq vermişdik” – Sənan Qurbanov

“Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən “Yenisey” çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Antalya toplanışı çərçivəsində Rusiyanın “Yenisey” klubu ilə keçirilən yoxlama matçından (2:2) sonra deyib.

O, müəyyən səhvləri etdiklərini bildirməklə yanaşı, komandasından razı qaldığını qeyd edib: “Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım”.(gabalafc.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43