İdman

“Futbolçularıma deyirəm ki, çıxın…” – Yuri Maksimov

Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Zirə”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Kubok oyunundan sonra komandada bir qədər yorğunluq, boşalma var idi. Buna görə, bəzi futbolçulara istirahət verdim. Meydana çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Buna görə onlara təşəkkür edirəm. – Bu oyunda əvəzetmələriniz həlledici rol oynadı… 

– Son 10 gündə 4 oyun keçirmişik. Çalışırıq, gənc futbolçulara da təcrübəli oyunçularla yanaşı şans verək. 

– Vaqif Cavadovun qolundan sonra üzünüzü Cəmaləddin Əliyevə tutaraq, “gördün?” dediniz… 

– Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu ona fərqlənmək üçün imkan verdi. 

– Komanda avrokuboklara qatılsa, komandada qalacaqsız? 

– Müqavilənin sonuna kimi burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq. 

 – Demək olar ki, komanda çempionatda öz vəzifəsini yerinə yetirib? 

– Çempionata da qalib gəlmək üçün çıxırıq. Futbolçuların çoxunun komanda ilə müqaviləsi bitir. Lakin mən onlara deyirəm ki, çıxın özünüzü göstərin. Yaxşı oyun sərgiləmək yeni klubların diqqətini çəkmək üçün də əsasdı. 

 – Komandaya “Sumqayıt”la oyuna görə vəd edilmiş mükafat verilib? 

– Hələ verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43