Ölkə futbolu

“Futbolçularımdan razı qaldım” – Ayxan Abbasov

“Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis Antalya toplanışının son günündə Almaniyanın “Optik” və Serbiyanın “Zemun” klubları ilə keçirdikləri yoxlama oyunlarını dəyərləndirib:

“Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar. İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşıdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi tam aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt”ın “Optik”lə oyunu əlverişsiz hava şəraitiilə əlaqədar yarımçıq dayandırılıb. İkinci matç isə Ayxan Abbasovun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43