Almaniyanın “Hoffenhaym” klubu heyətini hüvumçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Bundesliqa klubu “Yan Reqensburq”un erməni futbolçusu Sarqis Adamyanı transfer edib. “Hoffenhaym” bu transfer qarşılığında qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.