Kateqoriyasız

Futbolçularımızın Türkiyə dueli baş tutmadı: Kamran Ağayev baxdı, Subaşiç oynadı

Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” Branimir Subaşiçli “Manisaspor”la üz-üzə gəlib.

Kayseridə keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəliblər.

Kamran Ağayev meydana çıxmayıb. Subaşiç isə 80-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. Subaşiç 90-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43