Kateqoriyasız

Futbolçumuz Ukrayna klubunda

“Əlincə”nin daha bir yetirməsi – Hüseyn Əhmədov 10 gün öncə Ukraynanın məşhur klublarından olan “Metallist”in düşərgəsinə baxışa yollanmışdı.

İdmanxeber.com-un məlumatına görə, Xarkov təmsilçisinin müvafiq yaş qrupunda yoxlanışdan keçən “Əlincə”nin 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü klubun məşqçiləri tərəfindən bəyənilib. Ötən mövsüm Azərbaycanın U-17 və U-16 milli komandalarına da çağırılan istedadlı futbolçumuz yaxın günlərdə “sarı-göylər”lə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, ötən il “Əlincə”nin daha 2 yetirməsi – Qara Qarayev İspaniyanın “Malaqa” , Turan Vəlizadə isə Tükiyənin “Fənərbağça” klublarında yoxlamadan uğurla keçmiş və komandalara dəvət almışdılar. Qarayev hazırda karyerasını ölkədə davam etdirsə də, Turan Vəlizadə indi də “Fənərbağça”nın U-16 komandasının uğurları üçün çalışır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43